Samux rayonunda Vətən müharibəsi şəhidinin əziz xatirəsi doğum günündə böyük ehtiramla yad edildi.
Samux rayonunun Çobanabdallı kəndindən olan Vətən müharibəsi şəhidi Məmmədli Həsən Qəhrəman oğlunun ad günü münasibəti ilə şəhidin adına tikilmiş ehsan bulağının açılışı oldu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, şəhidin valideynləri, qohumları, yaxınları, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak etdilər. Tədbirdə çıxış edənlər Vətən müharibəsi şəhidi haqqında, onun keçdiyi şərəfli döyüş yolu haqqında danışdılar. Şəhidin təhsil aldığı məktəbin şagirdləri vətənpərvərlikdən bəhs edən şeirlər dedilər. Məmmədli Həsən Qəhrəman oğlu Çobanabdallı kənd tam orta məkətəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırdı. Şəhidin adına tikilmiş ehsan bulağının açılışı olduqdan sonra şəhidin məzarı ziyarət olundu. Daha sonra ailəsi evində ziyarət olundu. Əlavə məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi olan Məmmədli Həsən Qəhrəman oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvaviq sərəncamları ilə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" , "Cəbrayılın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Məmmədli Həsən Qəhrəman oğlu Çobanabdallı kənd qəbiristanlığında dəfn olunub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.