Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri daim diqqət mərkəzində saxlanılır.

08 iyul 2021 | 16:00

Samux rayon Füzuli kəndindən olan Vətən müharibəsi şəhidi mayor Maşıyev Asəf Volodya oğlunun ailəsi ziyarət olundu.  Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və şəhidin yaxınları arasında keçirilən görüş zamanı şəhid Maşıyev Asəf Volodya oğlunun 44 günlük Vətən müharibəsində qəhrəmnlıqlarından danışıldı. Mayor Maşıyev Asəf Volodya oğlu Vətən müharibəsində bir çox döyüşlərdə iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Suqovuşanın azad olunmasına görə" , "İgidliyə görə medalları ilə təltif olunub. Maşıyev Asəf Volodya oğlu Füzuli kənd qəbiristanlığında dəfn olunub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər