Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsi qaziləri ilə keçirilən görüşlər davam edir.

07 iyul 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Lək və Sarıqaya kəndlərindən olan  yaralılarla görüş keçirildi. Belə görüşlərin təşkil edilməsində məqsəd yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir. Yaralılarla keçirilən görüşdə onların səhhəti, müalicəsi, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində aparılan döyüş əməliyyatlarında  iştiraka görə dövlət təltifləri, əlilliyin müəyyən olunması prosesi, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  imzaladığı 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılacaq vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstəriləcək xidmətlər, əlaqələndirmə mərkəzlərinin yaradılmasının əhəmiyyəti və məqsədləri, gələcəkdə müharibə iştirakçılarına verilməsi nəzərdə tutulan imtiyazlar və güzəştlər haqqında danışıldı,  müharibə iştirakçılarını maraqlandıran suallar cavablandırıldı. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralananlara şəfa diləyirik. 

 

Keçidlər