Samux rayonunda “2 iyul-Polis işçilərinin peşə bayramı günü” qeyd olundu
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının peşə bayramı günü münasibəti ilə Samux rayonunda tədbir keçirildi. Tədbir iştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstləri qoydular.
Samux Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Rayon Polis şöbəsinin əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik etdi və polis işçilərinin respublikamızdaki sabitliyin qorunmasındakı rolundan danışdı.
Daha sonra Samux Rayon Məhkəməsinin Sədri Nizami Hümbətov çıxış edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik etdilər.
Rayonda ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Samux Rayon Polis şöbənin bir sıra əməkdaşları təltif olundular.