Şriftin ölçüsü :

Saytın rəngi :

12 avqust Beynəlxalq Gənclər Günü münasbətilə «Samux Rayon gənclərinin I Yaradıcılıq Festivalı” çərçəsində konfrans keçirildi

11 avqust 2014 | 15:00

Bu gün Samux  Rayon Heydər Əliyev Mərkəzi,  Samux rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü  və Samux Rayon İcra Hakimiyyətinin dəstəyi   ilə 12 avqust  Beynəlxalq Gənclər Günü münasbətilə «Samux rayon gənclərinin I Yaradıcılıq Festivalı”çərçivəsində  Samux şəhərində konfrans təşkil  olundu.
Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi, Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Samux Rayon İcra Hakimiyyəti Başçısının Müavini Kəmalə Xəlilova, Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının Sədri Gündüz Bayramov,  Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov, Samux rayon Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə, Samux rayon Gənclər və İdman İdarəsinin Rəisi Rəşad Qarayev, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru  Fəxrəddin Həsənzadə,  digər  dövlət və qeyri dövlət nümayəndələri, ümumilikdə 200 nəfər iştirak edirdi.
Əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Tədbir Azərbaycan Himni ilə başlamış, sonra Samux Rayon İcra Hakimiyyəti Başçısının Müavini Kəmalə Xəlilova açılış sözü ilə çıxış edərək qonaqları salamlamış və 12 avqust Beynəlxalq Gənclər günü münasibətilə gəncləri təbrik etmişdir.
Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi, Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev “Son illər Respublikamızda  həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafinın təmin olunması üçün siyasi , sosial , iqtisadi , təkilatı və hüquqi şərait və təminatlarin yaradilmasını sürətləndirmiş,  onların ictimai və siyasi fəalliğının artmasına kömək etmişdir, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilmişdir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan gəncliyinin ictimai həyatin bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Bundan sonrada Azərbaycan gəncləri bilikli, savadlı, vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına tövhələrini əsigəməməlidirlər.”
Heydər Əliyev Mərkəzinin Direktoru Aygün Həsənzadə bu tip tədbirlərin vacibliyindən və Samux rayon ictimaiyətinə olan faydalarını qeyd edərək “Gənclərimiz gələcəyimizdir, Heydər Əliyev irsinin gənclər arasında təbliği Azərbaycanın davamlı inkişaf tempinin qorunub saxlanması üçün vacib və mühim amildir.” deyə qeyd etdi.

Keçidlər