Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “26 İyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” münasibəti ilə “Ağ ölüm” başlığı altında maarifləndirici seminarlar təşkil olunur.

25 iyun 2021 | 16:00

Samuxda “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın 2.1.5. bəndində öz əksini tapmış, sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası nəzərə alaraq “26 İyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” münasibəti ilə “ Ağ ölüm” başlığı altında maarifləndirici seminarlar təşkil olunur. 25 iyun 2021-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və rayonun Qarayeri qəsəbə məktəbinin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdləri arasında maarifləndirici seminar keçirdi. Seminarda idarə rəisi Rəşad Qarayev, rəis müavini Rasim İmamquliyev, məktəbin direktoru Bəsti Mahmudova, müəllim heyyəti və gənc şagirdlər iştirak edirdi. Gənclərə narkomaniya haqqında məlumat verdikdən sonra seminar diskusiya şəklində davam etdi. Gənclərin fikirləri dinlənildi, suallar cavablandırılıdı.

 

Keçidlər