Şriftin ölçüsü :

Saytın rəngi :

Müzəffər ordumuz qürurumuzdur.

25 iyun 2021 | 16:00

25 İyun 2021-ci il tarixdə  YAP Samux rayon təşkilatında  Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Ordumuz qürurumuzdur” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Samux  rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açdı. Ulu Öndər Heydər Əliyevin  hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxladağını, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələrin modernləşdirilib  bölgənin ən güclü ordusuna çevrilməsini diqqətə çatdırdı. Vurğuladı ki, 44 gün çəkən ikinci Qarabağ müharibəsində  qüdrətli ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində 30 il ərzində düşmən tapdağı altında qalan torpaqlarımız artıq işğaldan azad olundu.
  Sonra tədbirdə  çıxış edən  YAP Samux rayon təşkilatı Gənclər Birliyinin  üzvləri  Aytən Məmmədova, Nuridə Həsənova, Gülvin Babayeva və Təhminə Əliyeva ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışdılar.  Natiqlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusundan birinə çevrildiyini qeyd etdilər.

Keçidlər