Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “26 İyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü” münasibəti ilə “Ağ ölüm” başlığı altında maarifləndirici seminarlar təşkil olunur.

24 iyun 2021 | 16:00

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın 2.1.5. bəndində öz əksini tapmış, sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikasını nəzərə alaraq "26 İyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü" münasibəti ilə “Ağ ölüm” başlığı altında maarifləndirici seminarlar təşkil olunur. Belə ki, 24 iyun 2021-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və rayonun İnstitut qəsəbə tam orta məktəbi ilə birgə yuxarı sinif şagirdləri arasında maarifləndirici seminar keçirdi. Seminarda idarə rəisi Rəşad Qarayev, rəis müavini Rasim İmamquliyev, məktəbin direktoru Gülsəba Abbasova, müəllim heyyəti və gənc şagirdlər iştirak etdi. Gənclərə narkomaniya haqqında məlumat verdikdən sonra seminar diskusiya şəklində davam etdi. Gənclərin fikirləri dinlənildi, suallar cavablandırıldı.

Keçidlər