Samux rayonunda Vətən müharibəsi qaziləri ilə keçirilən görüşlər davam edir.
23 iyun 2021 | 16:00
Samux Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində yaralananların ailələri ziyarət edildi. Samux şəhərindən olan yaralılarla görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin gənc könüllüləri aktiv iştirak etdilər. Belə görüşlərin təşkil edilməsində məqsəd gənclər arasında azərbaycançılıq, vətənpərvərlik hisslərinin artırılması, yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralananlara şəfa diləyirik.