Azərbaycan Respublikasının Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar Unudulmur” başlığı altında kikboksinq idman növü üzrə rayon birinciliyi keçirildi
Samux Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Samux Kikboksinq Klubunun birgə təşkilatçılığı ilə 17 iyun 2021-ci il tarixdə Heydər Əliyev adında istirahət parkında Azərbaycan Respublikasının Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar Unudulmur” başlığı altında kikboksinq idman növü üzrə rayon birinciliyi keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı cənab Alı Qocayev də iştirak etdi. Alı Qocayev idmançıları salamlayaraq qeyd etdi ki, Azərbaycan Respublikası dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlara ev sahibliyinin etməsi, idmançıların yarışlarda yüksək nailiyyətlərnin olması onu sübut edir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin qeyd etdi ki, 44 günlük Vətən Müharibəsində zəfər çalmağımızda idmançıların da böyük rolu olmuşdir. Sonda idmançılara uğurlar arzulayaraq torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğurunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsinə mütəmadi tədbirlərin keçirilməsini tövsiyə etdi. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev və Samux Kikbiksinq Klubunun rəhbəri Elnur Salamov da çıxış etdilər.
Rayon birinciliyini keçirməkdə məqsəd milli qəhrəmanının əziz xatirəsini yad etmək və zona seçim turuna vəsiqənin əldə edilməsi idi.