Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsində yaralananlarla görüş təşkil edildi.

17 iyun 2021 | 16:00

Tədbirdə Vətən müharibəsində yaralananlar, Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov , həmin şöbənin böyük məsləhətçisi Rüstəm Ramizli, Samux Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İlham Həsənov,  Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova,  İcbari Tibbi Sığorta üzrə Dövlət  Agentliyinin Gəncə Regional Filialının  rəhbəri Azər  Dəmirov iştirak etdilər. Tədbirin təşkil edilməsində məqsəd yaralıların sağlamlıq durumları ilə maraqlanmaq, müalicəsində köməklik göstərilməsidir. Tədbirdə iştirak edən bütün yaralıların hər biri   İcbari Tibbi Sığorta üzrə Dövlət  Agentliyinin Gəncə Regional Filialının  rəhbəri Azər  Dəmirov tərəfindən ayrı-ayrılıqda ətraflı olaraq dinlənildi. Müvafiq tövsiyyələr verildi, əlaqə vasitələri və başqa lazımi məlumatlar götürüldü. Sonda Vətən müharibəsində yaralananları maraqlandıran suallar cavablandırıldı. Əlavə məlumat üçün qeyd edək ki, müəyyən səbəblərdən tədbirdə iştirak edə bilməyən yaralılar Samux Mərkəzi Rayon Xəstəxanasına yaxınlaşaraq məlumat əldə edə bilərlər.

Keçidlər