Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsində yaralananlar ziyarət olundu.

18 iyun 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və Samux Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsində yaralananların ailələri ziyarət edildi. Samux rayon Ziyadlı  kəndindən olan bir neçə yaralı ilə görüş keçirildi. Belə görüşlərin təşkil edilməsində məqsəd gənclər arasında azərbaycançılıq, vətənpərvərlik  islərinin artırılması, yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir. Çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qurban Həsənov, Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev Vətən müharibəsində şəhid olan və yaralananlara göstərilən diqqət  və qayğıdan, 44 günlük Vətən müharibəsində qazanılan uğurlardan danışdılar. Allahdan şəhidlərimizə rəhmət, yaralananlara şəfa diləyirik.

Keçidlər