Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “15 İyun Milli Qurtuluş Günü- Azərbaycan dövlətçiliyinin xilas günüdür.” mövzusunda tədbir keçirildi.

11 iyun 2021 | 16:00

11 iyun 2021-ci il tarixdə YAP Samux rayon təşkilatında “15 İyun Milli Qurtuluş Günü-  Azərbaycan dövlətçiliyinin xilas günüdür” mövzusunda  dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov  açaraq qeyd etdi ki,xalqımızın istiqlal tarixinə "Milli Qurtuluş" günü kimi daxil оlmuş 1993-cü ilin 15 iyun günü vətənini, xalqını sеvən, həmin çətin və ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün, eləcə də gələcək nəsil üçün əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində və gələcəyində müstəsna rоl оynayan, daim xalqına arxalanan və xalqına arxa оlan bir insan- Hеydər Əliyеvdir.
Sonra tədbirdə iştirak edən fəal  YAP üzvləri  Qurban Həsənov, Gülmira Nəbiyeva, Təhminə Əliyeva, Günel Əhmədova və Lalə Məmmədova tariximizə Mili Qurtuluş Günü kimi daxil olmuş 15 İyun 1993-cü il tarixinin onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz olduğunu qeyd etdilər.   15 İyun  tarixinin Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixi olduğunu, bu tarixi yaradanın  isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan- Heydər Əliyev olduğunu diqqətə çatdırdılar. Daha sonra natiqlər  Azərbaycan dövlətçiliyinin ona qarşı yönəldilmiş qəsdlərdən uğurla çıxmasından, Ümummilli Liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını möhtərəm Cənab Prezident İlham Əliyev  tərəfindən  uğurla davam etdirilməsindən,  bu uğurlu fəaliyyətin ölkənin beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirməsindən danışdılar. Məhz bu düşünülmüş siyasətin respublikada dayanıqlı inkişafı, Azərbaycan xalqının rifah halının yüksəlməsini, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, əzmlə aparılan dövlət quruculuğunu hərtərəfli təmin edilməsini diqqətə çatdırdılar.
Tədbiri YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov    yekunlaşdıraraq,  ümummilli  lidеr Hеydər Əliyеvin əsasını qoyduğu siyasətin bu gün Azərbaycanda Prеzidеnt Ilham Əliyеv cənablarının rəhbərliyi ilə uğurla davam еtdirildiyini qeyd etdi, bildirdi ki, ötən dövr çоx əyani sürətdə sübut еtmişdir ki, bu siyasətin altеrnativi yоxdur.

Keçidlər