Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Tatlı kəndində səyyari görüşü keçirilmişdir.

06 avqust 2014 | 15:00

05 avqust   2014-cü  il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Tatlı kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə kəndin inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd  də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar oldu.
1. Kərimov  Namaz Xanlar oğlu  çıxış edərək şəhid Fuad Bayramovun  adına  olan  bulağın təmiri        təklifini verdi.
2. Mirzəyeva  Tahirə  Adil qızı kəntdə 1 ədəd subartezian quyusunun vurulması  xahiş etdi.
3. Əliyev Nizami  Qoşun oğlu  elektrik xətlərinin  dəyişdirilməsi     təklifi ilə çıxış etdi.
        Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər