Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin yeni binası tikilir
31 may 2021 | 16:00
Samux rayonunun İnstitut qəsəbə tam orta məktəbinin binası yeni ərazidə Təhsil Nazirliyinin xətti ilə tikilir.
Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova və şöbənin əməkdaşları son tamamlanma işləri ilə maraqlanıb.
Xatırladaq ki, yeni məktəb binasının tikintisi üçün 1 hektar 20 sot ərazi ayrılıb. Yeni tikilən 3 mərtəbəli təhsil ocağında 960 şagird təhsil ala biləcək .
Məktəb mərkəzi istilik sistemi, su və kanalizasiya xətti ilə təmin olunacaq, məktəbin həyətində su hovuzu, transfarmator və qazanxana inşa ediləcək. Şagirdlərin açıq havada da idmanla məşğul olmaqları üçün şərait yaradılacaq.