Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsində yaralananlar ziyarət olundu.

27 may 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samux nümayəndəliyinin gənc könüllüləri tərəfindən 44 günlük Vətən müharibəsində yaralananların ailələri ziyarət edildi. Samux şəhəri, Sərkar kəndi, Çobanabdallı kəndi və Qarabağlar kəndindən olmaqla 30-a qədər yaralı evində ziyarət olundu. Belə görüşlərin təşkil edilməsində məqsəd gənclər arasında azərbaycançılıq, vətənpərvərlik hisslərinin artırılması, yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir.

Keçidlər