Samux rayonunda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən tədbir keçirilmişdir.
31 iyul 2014 | 15:00
31 iyul 2014-cü il tarixində Samux rayonunda Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sahibkarlara göstərilən elektron xidmətlər mövzusunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Şöbə müdiri Zaur Qasımov və Nazirliyin Gəncə-Qazax regional bölməsinin Rəisi Arzu Hacıyev ölkədə fəaliyyət göstərən sahibkarlar üçün göstərilən elektron xidmətlər haqqında geniş məlumat vermiş və elektron xidmətlərin üstünlükləri haqqında çıxış etmişdirlər.