Şriftin ölçüsü :

Saytın rəngi :

"27 Sentyabr - Anım Günü" ilə bağlı Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirilib..

27 sentyabr 2023 | 16:23

27 Sentyabr - Anım Günü ilə bağlı Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirilib.Tədbirdə Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, MKS-nin direktor vəzifəsini icra edən Telli Nəsibova, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə Gənclər və İdman İdarəsi sektorunun müdiri Rasim İmamquliyev, kitabxananın əməkdaşları və məktəblilər iştirak etmişlər.
İlk öncə vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub,sonra mövzu ətrafında çıxışlar olub.
Kəmalə Xəlilova bu günün önəmini vurğulayaraq, mövzu ətrafında geniş məruzə ilə çıxış edib, xalqımızın qürur qaynağı olan İkinci Qarabağ müharibəsindən danışıb.
Telli Nəsibova Azərbaycanda multikultural dəyərlərdən, ölkəmizin siyasi-coğrafi mövqeyindən bəhs edib, ölkə tarixinin ən qanlı səhifələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Rasim İmamquliyev öz çıxışında 44 günlük Vətən Müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdikləri şücayətlərdən bəhs etdi.
Sonda Anım Gününə həsr olunmuş video nümayiş etdirilib.

Keçidlər