Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda orta aylıq əməkhaqqı 453,7 manat olmuşdur

24 may 2021 | 16:00

Əhalinin sosial rifah halına təsir edən amillərdən biri onun muzdla çalışan hissəsinə hesablanmış əməkhaqqı fondunun miqdarıdır.                                                            
2021-ci ilin yanvar-mart aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin faktiki orta sayı 5367 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği 7305054,0 manat olmuşdur. Hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının  məbləği 453,7  manat  olmuşdur. 2021-ci ilin yanvar –mart ayları ərzində muzdla çalışan qadınların faktiki orta sayı 3012 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun  məbləği 3978538,2 manat, hər bir qadına düşən orta aylıq nominal əməkhaqqının məbləği 440,2  manat olmuşdur.
2021-ci ilin yanvar-mart aylarında Samux rayonunda 87 yeni iş yeri açılmışdır. Bu iş yerlərindən 11-i mövcud müəssisə və təşkilatlarda, 76 iş yeri isə yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır . Bu iş yerlərinin  hamısı daimi iş yerləridir.

 

                                Samux Rayon Statistika İdarəsi

Keçidlər