Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsində yaralananların ailələri ziyarət edildi.
21 may 2021-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları tərəfindən 44 günlük Vətən müharibəsində yaralananların ailələri ziyarət edildi. Görüş çərçivəsində Vətən müharibəsində yaralanan İbrahimov Teymur, Yediyarov Elmir, Zamanov Teymur, İsgəndərov Hüseyn, Hüseynov İdris, Şübliyev Əhməd, Dəmirov Səxavət, Xəlilov Samir, Məmmədov Şəmsi, Sadıqov Elmar, Qasımzadə Musa, Abbasov Ədalət, Abuzərov Elvinin ailələri ziyarət olundu. Belə görüşlərin təşkil edilməsində məqsəd yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir.