Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş ehsan bulağının açılışı oldu.

20 may 2021 | 16:00

20 may 2021-ci il tarixdə Samux rayonundan olan Vətən müharibəsi şəhidi Şəfiyev Daşqın Hidayət oğlunun əziz xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş ehsan bulağının açılışı oldu. Daha sonra şəhidin məzarı ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyəti, Kəlbəcər Rayon İcra Hakimiyyəti, şəhidin ailəsi, yaxınları, şəhid valideynləri və media nümayəndələri iştirak etdi. Şəfiyev Daşqın Hidayət oğlu torpaqlarımızın işğaldan azad olunması zamanı bir çox döyüşlərdə iştirak edərək Laçın istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuş, Azərbaycan Respubliaksı Prezidentinin müvafiq sərəncamları  ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər