Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda doğum günündə Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olundu.

19 may 2021 | 16:00

Samux rayonunun Ziyadlı kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Abdullayev Qəzənfər Nəcəf oğlunun ailəsi doğum günündə ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailəsi və yaxınları iştirak etdilər. Şəhidin yaxınları onun keçdiyi şərəfli döyüş yolundan danışdılar. Abdullayev Qəzənfər Nəcəf oğlu torpaqlarımızın işğaldan  azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına  şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə  yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. Evli idi. Şəhidimizin Vətənə əmanət 1 övladı var .

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər