Samuxda 2021-ci ilin I rübündə əsas vəsaitlərə 1633,4 min manat investisiya qoyulmuşdur.
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 1633,4 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 40,6 faiz çoxdur. Sənayeyə 268,0 min manat, kənd təsərrüfatına 26,5 min manat, sosial sahəyə 808,9 min manat, tikinti işlərinə isə 530,0 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 294,5 min manatı istehsal təyinatlı, 1338,9 min manatı isə qeyri-istehsal təyinatlıdır. 834,1 min manat əsas fondlar istifadəyə verilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 1006,0 min manat olmuşdur ki, bu isə əvvəlki ilə nisbətən 3,0 faiz azdır. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 530,0 min manat olan 1212 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 1103,4 min manatı və ya 67,6 faizi dövlət büdcəsindən ayrılmış, 530,0 min manatı və ya 32,4 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olmuşdur.
Samux Rayon Statistika İdarəsi