Samux rayonunda 9 may faşizm üzərində Qələbə günü qeyd olunub.
Samux rayonunda 9 May faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbir xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə təşkil olunub.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, İcra Hakimiyyəti aparatının məsul işçiləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələrinin, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri Sovet İttifaqı Qəhrəmanlarının əziz xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb. 1941-1945-ci illər İkinci dünya müharibəsində doğma Azərbaycanın hüdudlarından uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həlak olan samuxluların xatirəsi ehtiramla yad edilib.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 9 may Qələbə Gününün qeyd edilməsinin yeni mərhələyə qədəm qoyduğunu, qələbənin qazanılmasında xidməti olanlara diqqət və qayğının artırıldığını bildirib. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci dünya müharibəsi iştirakçılarının, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan xalqı faşizmə qarşı vuruşan qəhrəmanlarını unutmur, xatirələrini daim əziz tutur.