Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Bağbanlar kəndində səyyari görüşü keçirilmişdir.
30 iyul 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Bağbanlar kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Əliyeva Həqiqət Qoşqar qızı çıxış edərək kəndə maşurt xəttinin açılması təklifini verdi.
2. Əliyeva Adilə Fərhad qızı kəntdə uşaq bağçasının açılmasını xahiş etdi.
3. Əliyeva Məşuqə İbrahim qızı elektrik dirəklərinin dəyişdirilməsi təklifi ilə çıxış etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.