Samux rayonunda Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi
10 may 2021 | 16:00
Samux rayonunda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, könüllü gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ekoloji tarazlıq və ətraf mühitin qorunması məqsədi ilə təşkil olunan aksiya çərçivəsində təbii-coğrafi amillər nəzərə alınmaqla rayon ərazisində eldar şamı və sərv cinsindən olan ağac növləri əkildi. Həmçinin təşkil olunan ümumrayon iməcliyində yaşıllıqlara xüsusi qulluq göstərilib.