Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Kəsəmən kəndində səyyari görüşü keçirilmişdir.
22 iyul 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Kəsəmən kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Rəhimov Arif Miryaqub oğlu çıxış kəndə gedən yolun əsaslı təmiri təklifini verdi.
2. İbrahimova Aybəniz İbrahim qızı kənddəki subartezian quyusunun təmirini xahiş etdi.
3. Həsənov Cəfər Xəlil oğlu məktəbə su krandının çəkilməsi təklifi ilə çıxış etdi.
4. Bağırov Tahir Qasım oğlu kənddə uşaq bağçasının açılmasını xahiş etdi
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.