Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda şəhid ailələri ziyarət olunur.

26 aprel 2021 | 16:00

26 aprel 2021-ci il tarixdə Samux rayonunun Qarayeri qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Allahverdiyev Vüsal Novruz oğlunun ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidin valideynləri, yaxınları , Aqrar inkişaf könüllüləri və Qarayeri qəsəbə nümayəndəsi Məftun Yusifov iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını bölüşdülər. Belə tədbirlərin təşkil olunmasında əsas məqsəd şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi, keçdikləri şərəfli döyüş yolunun təbliğ olunması, gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmasıdır. Allahverdiyev Vüsal Novruz oğlu 25 iyul 2002-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olub. Samux rayonunda dəfn olunub. Subay idi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Əlavə məlumat üçün qeyd edək ki, Allahverdiyev Vüsal Vətən müharibəsinin ən gənc şəhididir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər