Şriftin ölçüsü :

Saytın rəngi :

Samux: muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı 19 faiz artıb

24 aprel 2021 | 16:00

Keçən il Samux rayonunda muzdla çalışan işçilərin faktiki orta sayı 5246 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği isə 28655316 manat olub.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği 455,2 manat, əvvəlki ildə isə 382,4 manat olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 faiz çoxdur. 2020-ci ildə muzdla çalışan qadınların faktiki orta sayı 3044 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği 15711665,4 manat, hər bir qadına düşən orta aylıq nominal əməkhaqqının məbləği 410,2 manat olub. Bu göstərici əvvəlki ilə nisbətən 22 faiz çoxdur.
Ötən il Samux rayonunda 230 daimi yeni iş yeri açılıb. Bu iş yerlərindən 117-si mövcud müəssisə və təşkilatlarda, 113-ü isə fiziki şəxslər tərəfindən yaradılıb.

Keçidlər