Samuxun istixanalarında yetişdirilən məhsulun çoxu xarici ölkələrə ixrac edilir
23 aprel 2021 | 16:00
Bu ilin birinci rübündə Samux rayonunda 159 istixana təsərrüfatı mövcud olub. Hazırda bu təsərrüfatlardan 78-i fəaliyyət göstərir.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, istixanaların 5-i kənd təsərrüfatı müəssisələrində, 73-ü isə əhali təsərrüfatlarında qeydə alınıb.
Rayon üzrə istixanaların əkin sahəsi 65,2 hektardır. Bunun da 56,4 hektarında əkin aparılıb. İstixanalarda bu ilin birinci rübündə 56,3 hektar tərəvəz, 0,1 hektar isə çiyələk yetişdirilib. Təsərrüfatlardan 2709,5 ton tərəvəz, 1,2 ton çiyələk yığılıb. İstehsal olunan məhsulun xeyli hissəsi xarici ölkələrə ixrac edilib.