Samux rayonunda 22 iyul-Milli Mətbuat Günü qeyd edildi.
Samux rayonunda 22 iyul-Milli Mətbuat Günü qeyd edildi. Samux Rayon İcra Hakimiyyətinin konfrans zalında keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayədələri ilə yanaşı idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bütün mətbuat nümayəndələrini 22 iyul - Milli Mətbuat günü münasibəti ilə ürəkdən təbrik etdi. Qeyd etdi ki, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir.Azərbaycanın Milli Mətbuatının yaranmasından 139 il ötür. 22 iyul - Azərbaycanda “Milli Mətbuat və Jurnalistika Günü” kimi qeyd edilir. Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə nail olub. Bununla da milli mətbuatın əsası qoyulub.
Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatların əvəzsiz rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binası bunun bariz nümunəsidir.
Daha sonar tədbirdə “Yeni Samux” qəzetinin işçilərinə 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə hədiyyələr verilmişdir.