Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunun Əhmədbəyli kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun ailəsi ziyarət olundu.

22 aprel 2021 | 16:00

22 aprel 2021-ci il tarixdə Samux rayonunun Əhmədbəyli kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun ailəsi ziyarət olundu. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin Vətən
müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin  əməkdaşları, şəhidin valideynləri, yaxınları iştirak etdilər. Valideynləri və yaxınları şəhid haqqında öz təsürratlarını bölüşdülər. Mürsəlzadə Elməddin Cəsur oğlu 07 avqust 2000-ci il tarixdə Samux rayonunun Əhmədbəyli kəndində anadan olub, 16 oktyabr 2020-ci il tarixdə Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Samux rayonunda dəfn olunub. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinə qəbul olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

 

Keçidlər