Samux rayonunda şəhid ailəsi ziyarət olundu.
Samux rayonunun İnstitut qəsəbəsindən olan 44 günlük Vətən müharibəsi şəhidi Əsədov Ruslan Rövşən oğlunun ailəsi ziyarət olundu. Tədbirdə Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidin valideynləri, yaxınları iştirak etdilər. Valideynləri və yaxınları ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan danışıldı. Ruslan Əsədov 20 oktyabr 2020-ci il tarixdə Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Samux rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.