Samux rayonunda Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Samux rayonunda Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin olunması üçün ciddi nəzarət tədbirləri həyata keçirilir. Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Operativ Qərargahın tətbiq etdiyi sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün mobil qruplar tərəfindən davamlı olaraq reydlər təşkil olunur, sakinlər arasında maarifləndirmə işləri aparılır.
Maarifləndirmə işlərinin aparılması üçün rayon üzrə 32 mobil qrup yaradılıb. Mobil qruplar tərəfindən rayonun ayrı-ayrı yaşayış məntəqələrində, həmçinin Samux şəhərində izahetmə-xəbərdarlıq işləri aparılır, ticarət və digər obyektlərdə mütəmadi olaraq reydlər keçirilir. İdarə və təşkilatların binalarında, həmçinin şəhər ərazisində, qəsəbə və kəndlərdə aşkar olunan xəstəlik ocaqlarında dezinfeksiya işləri aparılır. Səsgücləndirici qurğu quraşdırılmış avtomobil vasitəsilə əhaliyə çağırışlar edilir.
İdarə, müəssisə və təşkilatlarda dizinfeksiya işləri aparlır.