Samux rayonunda 2 yeni məktəb binası tikilir
Samux rayonunda təhsilin keyfiyətini yüksəltmək, maddi-texniki bazanı yaxşılaşdırmaq məqsədi ilə 2 məktəb binası yenidən tikilir.
Samux rayonunun İnistitutut qəsəbə tam orta məktəbinin binası yeni ərazidə inşa olunur. Yeni məktəb binasının tikintisi üçün 1 ha 20 sot ərazi ayrılıb. Bu təhsil ocağı 960 şagird yerlik olacaq.
Təhsil Nazirliyinin xətti ilə tikilən məktəb binası 3 mərtəbəli olacaq. Analoqundan 2 dəfə böyük olması sinif otaqları, laboratoriyaların sayını artırmağa, müasir tələblərə uyğun zalda fiziki tərbiyyənin tədrisinə imkan yaradacaq. Mərkəzi istilik sistemi, su və kanalzasiya xətti də olacaq məktəbin həyətində su hovuzu, transfarmator və qazanxana inşa ediləcək. Şagirdlər üçün açıq havada da idmanla məşğul olmaq üçün şərait olacaq.
Rayonun Çobanabdallı kənd tam orta məktəbinin binası da sökülərək yenidən inşa edilir. 624 şagird yerlik olacaq məktəb binası 3 mərtəbədən ibarət olacaqdır.
Məktəblərin tikintisi ilə tanış olan Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev iş icraçıları və sakinlərlə görüşmüşdür.
Samux rayonunda 35 orta məktəbdən 23-ü tam, 11-i ümumi, 1-i isə ibtidai təhsil ocağıdır.