Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən müharibəsi şəhidinin doğum günündə məzarı və ailəsi ziyarət olundu.

12 aprel 2021 | 16:00

Samux rayonu Sarıqamış kəndindən olan Vətən müharibəsi şəhidi Nuriyev Əfqan Rövşən oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarı,sonra ailəsi evində ziyarət edildi, şəhidimizin ruhuna dualar oxundu. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin valideynləri,yaxınları, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Samux rayon filialının sədri Mirzəmməd Orucov, Yeni Samux Qəzetinin baş redaktoru Azər Əhmədov, təhsil aldığı tam orta məktəbin müəllim kollektivi, döyüş yoldaşları iştirak etdilər. Ailə üzvləri, müəllimləri ilə söhbət zamanı, şanlı Vətən müharibəsində şəhidin şərəfli döyüş yolundan danışıldı, xatirələri anıldı. Şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

Keçidlər