Samux rayonunda Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olundu.
8 aprel 2021-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi leytenant Məmmədzadə Elvinin ailəsi ziyarət olundu. Şəhidin atası və yaxınları ilə görüş zamanı Məmmədzadə Elvinin keçdiyi şərəfli döyüş yolundan söhbət açıldı. Şəhidimizin şəkilləri, hərbi geyimləri, şəxsi əşyaları, ömür yolu və xidmətini əks etdirən otaqla tanış olundu. Əlavə məlumat üçün bildirək ki, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Məmmədzadə Elvin Ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda başlatdığı əks-hücum əməliyyatları zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, “Qubadlının azad olunmasına görə" medalı və “Azərbaycan Ordusunun 100 illiyi 1918-2018” yubiley medalı ilə təltif edilib. Məmmədzadə Elvin noyabrın 9-da Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.