Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda əməkhaqqları 19,0 faiz artmışdır

08 aprel 2021 | 16:00

2020-ci ildə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin faktiki orta sayı 5246 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği 28655316 manat olmuşdur. Hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının  məbləği 455,2  manat, əvvəlki ildə isə 382,4 manat olmuşdur. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə  nisbətən 19,0  faiz  çoxdur. 2020-ci ildə muzdla çalışan qadınların faktiki orta sayı 3044 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun  məbləği 15711665,4 manat, hər bir qadına düşən orta aylıq nominal əməkhaqqının məbləği 410,2  manat olmuşdur. Bu göstərici əvvəlki  ilə  nisbətən  22,0  faiz  çoxdur.
2020-ci ildə Samux rayonunda 230 yeni iş yeri açılmışdır. Bu iş yerlərindən 117  iş yeri mövcud müəssisə və təşkilatlarda, 113 iş yeri  fiziki şəxslər tərəfindən yaradılmışdır. Bu iş yerlərinin  hamısı  daimi iş yerləridir.


Samux Rayon Statistika İdarəsi

Keçidlər