Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində yeni yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nə yeni təyinatlar oldu.

05 aprel 2021 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Samux Rayon İcra Hakimiyyətində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.
Şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı Həsənov Qurban Həsən oğlu və həmin şöbənin Böyük məsləhətçisi vəzifəsinə isə Vətən müharibəsinin iştirakçısı Ramizli Rüstəm Adil oğlu təyin ediliblər.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev yeni yaradılmış şöbənin əməkdaşlarını təbrik etdi, səmimi ürək sözlərini çatdırıb və uğurlar arzuladı.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, böyük Zəfərdən söz açan icra başçısı buna görə şəhidlərimizə və Vətən uğrunda sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu bildirdi. Dövlət və ölkə başçısı tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan danışan rayon rəhbəri yeni yaradılan şöbənin də məhz onların sosial rifah halının yaxşılaşdırılmasına, qayğılarının müsbət həllini tapmasına xidmət edəcəyini qeyd edib. İcra başçısı rayonda şəhid ailələrinə və qazilərə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. Yeni yaradılmış şöbənin bu istiqamətdə görülmüş işlərə öz töhfəsini verəcəyini söylədi.
Ona göstərilən etimada görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirən şöbə müdiri Qurban Həsənov yeni yaradılan şöbəyə müdir vəzifəsinə təyin edilməsini özünün timsalında Vətən müharibəsi iştirakçılarına göstərilən qayğı kimi qiymətləndirdi. Döyüş meydanında olduğu kimi, çalışdığı sahədə də öz işində məsuliyyətlə çalışacağını, şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının qaldırdıqları hər bir məsələyə həssaslıqla yanaşacağını bildirdi.

Şöbə müdiri: Həsənov Qurban

Böyük məsləhətçi: Ramizli Rüstəm

Keçidlər