YAP Samux rayon təşkilatı İdarə Heyətinin videokonfransı keçirildi
30.03.2021-ci il tarixdə YAP Samux rayon təşkilatı idarə heyətinin videokonfransı keçirildi. Tədbirdə partiya fəalları iştirak etdi.
Videokonfransda I məsələ olan “Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasu hadisədir” mövzusu ətrafında Qurultay nümayəndəsi , YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov geniş məruzə ilə çıxış edərək vurğuladı ki, Qurultayda Prezident, YAP-ın sədri İlham Əliyev geniş proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında çıxışında vurğuladığı kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olub.
Ümumilikdə isə, əgər biz son 17 ildə ölkəmizdə gedən proseslərə xronoloji ardıcıllıqla nəzər salsaq görərik ki, bütün bu illər ərzində Azərbaycan Prezidenti tərəfindən qarşıya konkret hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, ölkə bu hədəflərə çatırdı və ondan sonra qarşıya yeni hədəflər qoyulurdu. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə Azərbaycan çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və əsas məsələ - ölkəmizin ərazi bütövlüyünün bərpası təmin olundu.
Videokonfransda II məsələ olaraq YAP Samux rayon təşkilatının 2021-ci ilin Mart ayında gördüyü işlərə dair hesabatı dinlənildi və Aprel ayında görüləcək işlər , keçiriləcək tədbirlər müzakirə edildi.II məsələ olaraq isə “31 Mart- tariximizin göz yaşları”mövzusu müzakirə edildi.
Mart ayında görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd etdi ki, YAP Samux rayon Təşkilatının 2021-ci ilin I yarımilliyi üçün təsdiq edilmiş iş planına müvafiq olaraq, Mart ayının əvvəlində əvvəlində 5 mart 2021-ci il tarixdə YAP Samux Rayon Təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə “Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər” mövzusunda videokonfrans keçirildi.
09 Mart 2021-ci il tarixdə YAP Samux rayon təşkilatının aparat işçiləri və partiya fəalları Vətən müharibəsində həlak olan şəhidimiz Qarayeri qəsəbə sakini Cəfərov Babək Məxsus oğlunun dəfn mərasimində iştirak etdiər və ailə üzvləri ilə görüşdülər.
11 Mart 2021 ci il tarixdə YAP Samux rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “ Gənclik mənəvi formalaşma prosesində sosial şəbəkə imkanlarından düzgün bəhrələnə bilirmi” mövzusunda tədbir keçirilib.Qeyd olunub ki, sosial şəbəkələrdə aparılan çirkin kampaniyalar həm milli, həm də İslam dəyərlərini gözdən salmağa yönəlib. Gənclərimiz belə hallara qarşı fəal mübarizə aparmalı və mənəvi formalaşma prosesində sosial şəbəkə imkanlarından düzgün bəhrələnməlidirlər
17 Mart 2021-ci il tarixdə YAP Samux rayon təşkilatında Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə “Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır” mövzusunda videokonfrans keçirildi. Tədbirdə vurğulandı ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Azərbaycan torpaqlarını erməni işğalçılarından azad edərək Qarabağda böyük zəfər çaldı. Bu gün Azərbaycan xalqının böyük coşğu ilə qeyd etdiyi qələbəmizin baş qəhrəmanı Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük.
2021-ci il Mart ayında da Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının təşkilatçılığı ilə “Şəhid ailələrinə və qazilərə qayğı” aksiyası çərçivəsində 10 nəfər şəhidin ailəsinə və 12 nəfər qaziyə ziyarət təşkil edilib, onlara bayram sovqatları paylanılmışdır.Görüşlərdə Gənclər Birliyinin üzvləri və YAP Samux rayon təşkilatının nümayəndələri iştirak etmişlər.
Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının təşkilatçılığı ilə “Şəhid ailələrinə və qazilərə qayğı” aksiyası bundan sonra da davam etdiriləcək.
Hesabat dinlənildikdən sonra çıxış edən İdarə heyətinin üzvləri YAP Samux rayon təşkiatının 2021-ci ilin Mart ayındakı fəaliyyətini bəyənərək qənaətbəxş hesab etdilər. Qərar səsə qoyularaq təsdiq edildi.
Sonra Aprel ayında görüləcək işlər və keçiriləcək tədbirlər müzakirə edildi.Rayon təşkilatının İdarə heyəti üzvlərinin rəy və təklifləri nəzərə alınaraq Aprel ayında görüləcək işlər və keçiriləcək tədbirlər də səsvermə yolu ilə təsdiq edildi.
Sonra tədbirin III məsələsi olan “31 Mart – tariximizin göz yaşları”mövzusu ətrafında çıxışlar dinlənildi.Qeyd olundu ki, Azərbaycan xalqına qarşı 1905-1907, 1917-1918-1920-ci və 1948-1953-cü illərdə törədilən soyqırımlarına Qaradağ, Xocalı da əlavə olundu. Xalqımız özünə qarşı tuşlanmış çirkin niyyətləri heç vaxt unutmamalı, qəlbində yaşatmalı, səbəbləri öyrənib təhlil etməli və tarixin ibrət dərslərindən düzgün nəticə çıxarmalıdır. Bu bizim üçün yazılmamış həyat qanununa çevrilməlidir. Azərbaycan tarixinə, insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 31 Mart soyqırımı bugünkü və gələcək nəsillər unutmasın deyə, təbliğat işləri aparmağı özümüzə borc bilirik.