Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib

19 mart 2021 | 16:00

Azərbaycan 90-cı illərdən bu yana sosial və iqtisadi uğurlara imza atmışdır. Əsası 1994-cü ildə “Əsrin müqaviləsi”  ilə qoyulan neft strategiyası bu gün də bütün iqtisadi həyatı özündə əhatə edir. Bu illər ərzində Azərbaycan quruculuq işləri ilə məşğul olmuş bir sıra sosial iqtisadi layihələrə imza atmışdır. Beynəlxalq ictimai təşkilatlara üzv qəbul olunması ölkəmizin siyasi və iqtisadi arenasına  böyük imkanlar açmışdır.
Azərbaycan bir sıra təhlükəsizlik sahəsində də əməkdaşlıq etmişdir. BMT Təhkükəsizlik Şürasının  852, 874, 884 nömrəli qətnamələri qəbul olunanda, Ermənistan konstruktiv mövqe tutmamış bu mövqe ATƏT-in minsk qrupunun  salahiyyətlərinin  həyata keçirilməsinə  ciddi maneə törətmişdir. Azərbaycan hökuməti isə bu qeyri konstruktiv mövqeyə biganə qalmamış diplomatik sahədə sülh və əməkdaşlığa nail olunmasına çalışmışdır.
Azərbaycanın  güclü iqtisadi potensialı ordu quruculuğuna  da təkan vermişdir . Belə ki, peşəkar  hərbicilərin  bilik və bacarıqları bu işdə xeyli rol oynamışdır. Buna bariz nümunə olaraq Azərbaycan 44 günlük vətən müharibəsi ilə dünya hərb tarixinə  qızıl hərflərlə daxil oldu. Bu zəfər Azərbaycanın  güclü dövlət və güclü orduya  sahib olduğunu bir daha sübut etdi. Azərbaycan xalqı “dəmir yumruq” ideyası əsasında birlik nümayiş etdirərək Ali baş komandanımız  İlham Əliyevin ətrafında  sıx birləşdi.

Keçidlər