Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Rayon Ağsaqqallar Şurasının iclası keçirildi

18 mart 2021 | 16:00

Samux Rayon İcra Hakimiyyətində xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla, Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Respublika Ağsaqqalar Şurasının sədr müavini Bayram Yusibov və mətbuat katibi Rzayev Rafiq də iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon rəhbərliyi tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman gənclərə göstərdiyi diqqət  və qayğısı ilə yanaşı ağsaqqallara da həmişə böyük dəyər verib.
Sonra təşkilati məsələlər müzakirə olunub. Samux  Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.
Gəray Bayramov Samux Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.
Konfransda Respublika Ağsaqqalar Şurasının sədr müavini Bayram Yusibov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
İcra Hakimiyyətinin başçısı Alı Qocayev Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. Qeyd edib ki, rayona rəhbər təyin olunduğum gündən mən ilk görüşümü rayonun ağasaqqalları ilə keçirmişəm və onların xeyir duasını almışam. Samux ağsaqqallarının istər vətən müharibəsində, istərsədə pandemiya dövründə hər zaman rayonun əhalisinə mənəvi dəstəkləri barədə rayonun rəhbəri xüsusi vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Rayonun Ağsaqqalları adından ölkə rəhbəri İlham Əliyevə müraciət oxunub və yekdilliklə qəbul olunub.

Keçidlər