Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qədilli kəndində səyyari görüşü keçirilmişdir.
18 iyul 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qədilli kənd sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçisi Habil Əzənmədov, İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qədilli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Tacəddin Əsgərov kənd barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd də görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Prezident Administrasiyasının əməkdaşı Habil Əzənmədov öz çıxışında respublikamızın sosial-iqtisadi inkişafından və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən işlərdən danışdı.
Daha sonra kənd sakinləri tərəfindən çıxışlar oldu.
1. Mansurova Solmaz Sultan qızı çıxış edərək yol kənarlarına yol nişanlarının qoyulmasını təklif etdi .
2. İsmayılova Rəna Allahverdi qızı kənddə uşaq bağçasının tikilməsini xahiş etdi.
3. Mansurov Zakir Hüseyn oğlu kənddə 80 şagird yerlik yeni məktəb binasının tikilməsi təklifi ilə çıxış etdi.
4. Balayeva Gültəkin Yığbal qızı qurunt sularının axıdılması üçün kanalın təmizlənməsini xahiş etdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev kənd sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.