Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda növbəti təhsilyanı şura iclası keçirilib

12 mart 2021 | 16:00

12.03.2021-ci il tarixində Samux Rayon Təhsil Şöbəsində rayon ümumi təhsil məktəb direktorlarının iştirakı ilə növbəti onlayn təhsilyanı şura iclası keçirilib.
İclasda Samux RTŞ-nin müdiri xanım Nurlana Həsənova, şöbənin əməkdaşları və rayon ümi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Təhsilyanı  şura iclasında Əhmədbəyli kənd E.İsgəndərov adına tam orta məktəbin monitorinqinin təhlili, Respublika fənn olimpiadalarının rayon turunda ümumi təhsil müəssisələrinin iştirakı və nəticələrin təhlili, sağlamlıq imkanları məhdud şagirdlərlə aparılan işlərin təhlili, IX sinif şagirdlərinin son 3 il üzrə buraxılış imtahanlarının nəticələri üzrə reytinq cədvəlinin müzakirəsi və məktəblərdə kadr işlərinə dair məsələlər müzakirə olunub.
Daha sonra xanım Nurlana Həsənova məktəb direktorlarına təhsilin keyfiyyətinin yaxşılaşdırılması və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu bildirərək  göstəriş və tövsiyələrini verib.

Keçidlər