Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilərinin ziyarəti davam etdirilir.

15 mart 2021 | 16:00

Samux rayonunda Rayon İcra Hakimiyyətinin əməkdaşları Vətən Müharibəsi şəhidlərinin ailələrini və qaziləri evlərində ziyarət ediblər. Görüşdə ailələrə bayram sovqatları çatdırılıb, ailələrin azyaşlı üzvlərinə bayram hədiyyələri verilib.
Görüşlərdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə ehtiram göstərilib, dövlətimizin onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğıdan danışılıb. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Onların xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsası vəzifəmizdir. Eyni zamanda Vətən Müharibəsində sağlağını itirmiş qazilərimiz də hər zaman diqqətimizdə olacaqdır.
Şəhid ailələrinin üzvləri və qazilər arzu və təkliflərini bildirməklə yanaşı onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

Keçidlər