Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclik mənəvi formalaşma prosesində sosial şəbəkə imkanlarından düzgün bəhrələnə bilirmi

11 mart 2021 | 16:00

Bu gün YAP Samux rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə “Gənclik mənəvi formalaşma prosesində sosial şəbəkə imkanlarından düzgün bəhrələnə bilirmi” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Samux rayon təşkilatının Şura üzvləri və Gənclər Birliyinin üzvləri iştirak ediblər. Çıxış edən YAP  Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Onun sözlərinə görə, bəzi dairələr sosial şəbəkələrdən çirkin məqsədlər üçün istifadə edir, ekstremist çağırışlar edirlər. G.Bayramovun fikrincə, həmin dairələrin məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Bunlar əsasən xaricdə mühacir adı altında yaşayanlardır. Lakin onlar azlıq təşkil edirlər. Bu gün Avropada və dünyanın digər ölkələrində xeyli sayda azərbaycanlı yaşayır. Onlar Azərbaycanı xaricdə uğurla təmsil edir, ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ edirlər.
YAP Samux rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşid Şabanov çıxışında bildirib ki, müasir dövrdə texnologiyalar sürətlə inkişaf edir. Virtual məkanın bütün insanlara təsir etdiyini deyən R. Şabanovun sözlərinə görə, bu məkanda mənəvi dəyərlərin arxa plana keçirilməsi təhlükəlidir. Qloballaşma milli mənəvi dəyərlərə mənfi təsir göstərir. Amma müasir gəncliyimiz buna yol verməməlidir.
Ölkəmizin dünyada sabitlik adası olduğunu deyən YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri  Kəmalə Xəlilova isə bildirib ki, xaricdə yaşayan bəzi azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə qarayaxma kampaniyasının aparılması Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulması məqsədinə xidmət edir. Belə insanlar hətta milli mentalitetimizin qırmızı cizgisini keçən təhqir və söyüşlərdən istifadə edirlər. Ona görə də cəmiyyətimizin hər bir üzvü, o cümlədən gənclərimiz belə hallara qarşı ortaq mövqedən çıxış edərək, güclü ictimai qınaq formalaşdırmalıdırlar.
Daha sonra çıxış edən YAP Samux rayon təşkilatı Gənclər Birliyinin üzvləri  Aytən Məmmədova, Rasim İmamquliyev  və Lalə Məmmədova da çıxış edərək  qeyd etdilər ki, bu gün İKT çox sürətlə inkişaf edir və bu amil milli mənəvi dəyərlərimizə zərər vurmamalıdır. Azərbaycan xalqı zəngin dəyərlərə sahibdir. Sosial şəbəkələrdə aparılan çirkin kampaniyalar həm milli, həm də İslam dəyərlərini gözdən salmağa yönəlib. Gənclərimiz belə hallara qarşı fəal mübarizə aparmalıdır və mənəvi formalaşma prosesində sosial şəbəkə imkanlarından düzgün bəhrələnməlidir.

Keçidlər