Samux rayonunda quş qripinə qarşı mübarizəyə həsr edilmiş videokonfrans keçirildi.
Rayon ərazisində, o cümlədən fərdi təsərrüfatlarda saxlanılan quşların quş qripinə qarşı proflaktiki tədbirlərin həyata keçirilməsi istiqamətində konfrans keçirildi. Konfransda Samux rayon İHB-nın müavini-Sosial-iqtisadi minkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arif Ağayev rayon ərazisində mövcud vəziyyətin araşdırıldığını hal-hazırda rayon ərazisində quş qripinin olmadığını,lakin buna baxmayaraq əhali və fərdi təsərrüfatlar arasında maarifləndirmə və qabaqlayıcı tədbirlərin keçirilməsi istiqamətində İƏD-üzrə nümayəndəliklərə müvafiq tapşırıq və tövsiyyələr verdi.
Tədbirdə Rayon Baytarlıq idarəsinin rəisi Elxan Rüstəmov da çıxış edərək quş qripinə qarşı rayon baytarlıq idarəsi tərəfindən rayon ərazisində fərdi təsərrüfatlarda yoluxma faktı aşkarlanmadığını bildirdi və əgər belə bir fakt aşkarlandığı təqdirdə rayon baytarlıq idarəsinə dərhal məlumat verilməsi üçün müvafiq tövsiyyələrini konfrans iştirakçılarına çatdırıldı.