Samux rayonunda “5 mart - Azərbaycanda Bədən tərbiyəsi və İdman gününə” həsr olunmuş onlayn toplantı keçirildi.
04 mart 2021-ci il tarixdə Samux rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin bigə təşkilatçılığı ilə 5 mart - Azərbaycanda Bədən tərbiyəsi və İdman gününə həsr olunmuş onlayn toplantı keçirildi. Tədbiri açıq elan edən Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev Azərbaycan idman ictimayyətini təbrik edərək il ərzində rayonun idman fəaliyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, 2020-ci ildə dünyada idmanın fəaliyyətində səngimələr olsada, Azərbaycan dövlətinə düşərli oldu. 44 günlük müharibə ərzində işğal olunmuş torpaqlar öz sahibinə qayıtdı. Bundan əlavə pandemiya dövründə idman sahəsində fərqlənən gənclərimiz də oldu deyə qeyd etdi. Daha sonra Samux rayon İcra Hakimiyyətinin məsul işçisi Elvar Səfərov, Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Təhsil Şöbəsinin metodisti Sabitə Nəsibova, Gənclərin Karyera və İnkişaf Mərkəzinin Direktoru Kamil Məmişov, Samux Kikboksinq Klubunun direktoru Elnur Salamov və digər iştirakçılar bu gün münasibət ilə idman ictimayyətini təbrik etdilər.
Sonda idarənin idman sektorunun aparıcı-məsləhətçisi Əkəbər Məmmədzadə rayonun ictimai-siyasi həyatında göstərdiyi fəallığa və Vətən müharibəsində göstərdiyi şucaətə görə Samux Rayon İcra Hakimiyyəti başçısı Alı Qocayev tərəfindən Fəxri Fərmanla və Aytac Məmmədova pandemiya dövründə şahmat idman növündə göstərdiyi nəticələrə görə idarə tərəfindən mükafatlandırıldı.