Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon ictimaiyyət nümayəndələri ilə görüş keçirilmişdir.

17 iyul 2014 | 15:00

Samux Rayon İcra Hakimiyyətinin konfrans zalında 17.07.2014-cü il tarixdə rayon ictimaiyyət nümayəndələri ilə görüş keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezident  Administrasiyasının Regional idarəetmə və yerli  özünüidarəetmə orqanları ilə iş şöbəsinin Baş məsləhətçisi Habil Əzənmədov da  iştirak edirdi.
İclası giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev  çıxışında respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından və rayonda aparılan abadlıq işləri haqqında iclas iştirakçılarına məlumat verdi.
Prezident Administrasiyasının əməkdaşı Habil Əzənmədov öz çıxışında respublikamızın inkişafından və ölkəmizin iqtisadi qüdrətinin yetərincə olduğundan danışdı. Qonaq ziyalıları rayonun inkişafına birbaşa təsir edəcək rəy və təkliflərlə çıxış etməyə çağırdı.
İlk olaraq çıxış üçün söz alan rayonun ağsaqqalı, təqaüdçü  Nizami Məmmədov bir ziyalı kimi respublikamızda həyata keçirilən abadlıq-quruculuq işlərinə çox sevindiyini bildirdi. Müstəqil dövlətimizin insan amilinə, yəni azərbaycan xalqının sosial-rifahını yüksəldilməsi istiqamətində aparılan işləri alqışladı.O öz çıxışında rayonda  kəndçinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən xüsusi şirkətlərin yaradılmasını və kəndlərdə SSRİ dövründən qalmış  elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi təklifini irəli sürdü.
Əhmədbəyli kənd tam orta məktəbin müəllimi Eyyub Bayramov     2014-2018-ci il Dövlət Proqramına salınmış Əhmədbəyli kəndindən keçən Gəncə çayı üzərində yeni körpünün qurulmasının vacibliyini   qeyd etdi.  Daha sonra   ziyalı,  bu il kəndlərində yüksək səviyyədə tikilib istifadəyə verilmiş  kənd tam orta məktəbinə  görə cənab prezidentimiz  İlham  Əliyevə kənd əhalisi adından  öz minnətdarlığını bildirdi.
Rayonun Ağsaqqallar Şurasının sədri Həmzə Həmzəyev 1992-ci il fevralın 18-dən etibarən rayonda həyata keçirilmiş abadlıq və quruculuq işlərindən söz  açdı.  Sonra  Həmzə Həmzəyev öz  çıxışında rayonumuzda salınacaq olan dairəvi yolun bütün kəndlərdən  Gəncə şəhərinə gedən sərnişin daşıma marşurutlarının rayon mərkəzindən keçərək getməsi təklifini irəli sürdü.
Sonda Samux Rayon Toxum Müfəttişliyinin  rəisi  Rahil Həsənov  çıxış etmək üçün söz aldı.  Həsənov çıxışında Samux rayonunda  “Toxum emalı”  zavodunun tikilməsinə şərait yaradılmasını xahiş etdi.
Təklif və xahişlər iclas iştirakçıları tərəfindən bəyənilərək alqışlandı.

Keçidlər