Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 45 illiyi münasibətilə Samux rayonunda tədbir keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 45 illiyi münasibətilə Samux rayonunda keçirilən tədbirdə iştirakçılar əvvəlcə onun abidəsini ziyarət edərək, ruhuna hörmət və ehtiramlarını bildirdilər.
Tədbirin Rayon İcra hakimiyyətinin 300 nəfərlik akt zalında keçirilən bədii hissəsində Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, hüquq mühafizə orqanları rəhbərlərinin, rayon idarə və müəssisə rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Samux Rayon mədəniyyət işçilərinin və musiqi məktəblərinin, həmçinin ətraf rayonların mədəniyyət və incəsənət nümayəndələrinin ifası ilə möhtəşəm konsert proqramı keçirilimişdir.İncəsənət ustaların gözəl ifaları tədbirə qatılan hər kəsdə xoş ovqat yaradaraq bu mötəbər bayramın sevincini daha da artırdı.Sonda Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra bütün fəaliyyətini ölkəmizin inkişafı, xalqımızın mənəvi-mədəni yüksəlişinə sərf etdiyini bildirdi. Vurğulanıb ki, ulu öndərin neft strategiyası Azərbaycanın indiki inkşafının təminatçısına çevrilib. Bu gün də Heydər Əliyev siyasi kursu davam etdirilir, yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəb, xəstəxana və mədəniyyət ocaqları istifadəyə verilir. Çıxışından sonra Alı Qocayev Azərbaycan Uşaqlarının III Forumda iştirak edəcək uşaqları Əliyeva Günay və Nəsib Nurməmmədovanı və Xan Şuşinskinin həyat və yaradıcılığına həsr edilmiş respublika üzrə muğam yarışında birinici yeri tutan Samux rayon Sərkar kənd uşaq musiqi məktəbinin şağirdi Cəmil Məmmədovu təbrik edərək onlara qiymətli hədiyyələr verdi.